Qazaxıstanın paytaxtı Astanada hər gün 75-80 uşaq qızılcaya yoluxur və xəstəxanaya düşür.
Qaziler.az Qazaxıstan mətbuatına istinadən bildirir ki, bu barədə 3 saylı çoxsahəli uşaq xəstəxanasının direktor müavini Roza Utegenova məlumat verib.
"Bizim xəstəxanaya hər gün qızılca ilə 75-80 uşaq daxil olur. Onların 30-35 faizi stasionar, qalanları isə ambulator müalicə alır. Qızılcaya yoluxanların əksəriyyəti 7 yaşa qədər uşaqlardır. Bütün xəstə uşaqların yalnız 10-15%-i 7 yaşdan yuxarıdır, xəstələrin 17%-i bir yaşından kiçik körpələrdir”, - Roza Utegenova Astana Rabitə Xidmətində keçirilən brifinqdə bildirib.
O, paytaxt sakinlərinin qızılcaya necə yoluxduğunu izah edib.
"Məsələn, onlar bağçada yoluxa bilərlər. Sonra evə gəlirlər və digər uşaqlara yoluxma ehtimalı var. Qızılca yoluxucu və yayıla bilən bir xəstəlikdir. Ona görə də vaxtında peyvənd olunmalıdır", - deyə Roza Utegenova əlavə edib.
QAZİLER.AZ