Moskvanın Parkovaya küçəsindəki evlərdən birinin yaxınlığında qətlə yetirilən qadının inşaat çantasında cəsədi tapılıb.
Qaziler.az Rusiya mətbuatına istinadən bildirir ki, qadının meyitində zorakılıqla ölüm izləri aşkar edilib.
Hazırda müşahidə kameralarının görüntüləri öyrənilir və hadisə şahidləri dindirilir.
Mərhumun qohumu Yekaterina Dubova “İzvestiya”ya bildirib ki, qadın Moskvaya qızına baş çəkməyə gəlib. Öldürülənin 18 və 21 yaşlı iki qızı qalıb.
QAZİLER,AZ