Rusiya Federasiyasının əməkdar artisti, teatr və kino aktyoru Sergey Qavliç 74 yaşında vəfat edib.
Qaziler.az bildirir ki, bu barədə Kino-teatr.ru portalı xəbər verir.
Əməkdar artist Yeni il gecəsi - dekabrın 31-də vəfat edib, lakin onun ölümü yalnız indi məlum olub. Aktyorun ölümündən bir qədər əvvəl bacısı Natalya onu Krasnodar diyarının Bratkovskoye kəndinə apardığı və orada dünyasını dəyişdiyi bildirilir.
Sergey Qavliç 27 oktyabr 1949-cu ildə Norilskdə anadan olub. Leninqrad Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunda təhsil alıb. Bundan sonra o, Pskov Dram Teatrında və Fontankadakı Gənclər Teatrında (2018-ci ilə qədər) işləyib.
Ekranlarda Qavlic bir çox məşhur film və seriallarda çəkilib: "Sınıq fənərlər küçələri" (“Улицы разбитых фонарей”) , "Ölümcül qüvvə", "Günəşin yandırdığı 2: Qala" və s.
QAZİLER.AZ