PKK/KCK təbliğatı aparan 8 şübhəli tutulub

PKK/KCK təbliğatı aparan 8 şübhəli tutulub backend

Diyarbakırın Bismil rayonunda 8 şübhəli sosial media hesablarında terror təşkilatı PKK/KCK-nın təbliğatına görə saxlanılıb.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, araşdırmalar çərçivəsində Bismil rayonunda 12 fərqli ünvanda eyni vaxtda həyata keçirilən əməliyyatda sosial mediada PKK/KCK terror təşkilatının təbliğatını apardığı təsbit edilən 8 şübhəli yaxalanıb.

Həmin şəxslərin evlərində və iş yerlərində aparılan axtarışlar zamanı sosial mediada terror təşkilatının təbliğatını aparmaq üçün istifadə edilən rəqəmsal materiallar ələ keçirilib.

QAZİLER,AZ

Diaspora