Adanada İŞİD əməliyyatı zamanı 5 nəfər həbs olunub

Adanada İŞİD əməliyyatı zamanı 5 nəfər həbs olunub backend

Türkiyənin Adana şəhərində İŞİD terror təşkilatına qarşı keçirilən əməliyyatda saxlanılan 7 şübhəlidən 5-i həbs edilib.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Adanada terror təşkilatı İŞİD-a qarşı əməliyyatda saxlanılan 7 şübhəlidən 5-i həbs edilib.

Vilayət Polis İdarəsi Terrorla Mübarizə (TEM) Şöbəsi əməkdaşları Suriya və İraqda terror təşkilatı İŞİD adından fəaliyyət göstərdikləri müəyyən edilən 7 əcnəbi vətəndaşın ünvanlarını müəyyən edib..

Təhlükəsizlik qüvvələri əməliyyatı səhər saatlarında həyata keçirib. Şübhəlilər saxlanılıb.

Polisə aparılan şübhəlilərdən Hafiz S.-nin təşkilatın İraqdakı düşərgələrində silahlı aldığı və daha sonra aylıq 2 min İraq dinarı maaşla aşpaz işlədiyi müəyyən edilib. Digər şübhəlilərin Muhammed H., Naif H., Harith A. və Rateb M.-nin də silahlı təlim aldıqları və mühafizə xidmətində olduqları müəyyən edilib.

Polis bölməsindəki əməliyyatların ardından ədliyyəyə sövq edilən şübhəlilər arasında Hafiz S., Muhammed H., Naif H., Harth A. və Rateb M. həbs edilib.

Prokurorluğun göstərişi ilə sərbəst buraxılan Beşar H. və Halil B. deportasiya olunmaq üçün Adana Geri Göndərmə Mərkəzinə aparılıb.

QAZİLER.AZ

Diaspora