Qazaxıstan ən ucuz benzinə görə ilk 20 ölkə siyahısına daxil olub

Qazaxıstan ən ucuz benzinə görə ilk 20 ölkə siyahısına daxil olub backend

Qazaxıstan "Globalpetrolprices"in reytinqinə görə ən ucuz benzinə malik 20 ölkə sırasına daxil olub,

Qaziler.az Qazaxıstan mətbuatına istinadən bildirir ki, portalda qeyd edildiyi kimi, dünya üzrə benzinin orta qiyməti bir litr üçün 1,29 dollar təşkil edir.

Analitiklərin fikrincə, ən ucuz benzin İranda 0,029 dollara satılır.

Qazaxıstan reytinqdə 11-ci yerdədir. Ölkədə bir litr benzinin 0,539 dollara satıldığı bildirilir.

Rusiya 16-cı yerdədir, orada yanacağın qiyməti 0,606 dollardır. Səudiyyə Ərəbistanında (18-ci yer) benzin 0,681 dollara, Qırğızıstanda (25-ci yer) isə 0,802 dollara satılır.

Portalın məlumatına görə, bütün ölkələrin beynəlxalq bazarlarda neftin eyni qiymətinə çıxışı var, lakin fərqli vergilər tətbiq edir. Nəticədə benzinin qiymətləri də dəyişir.

QAZİLER.AZ

Diaspora