Türkiyədə terorrçulara qarşı əməliyyatların keçirildiyi bölgələrdə ağıllı telefonların istifadəsi qadağan olunub.
Trend xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, əməliyyat və hərəkat bölgələrində ağıllı və kameralı telefonların istifadəsi qəti şəkildə qadağan olunub. Müvafiq tələbə riayət etməyən heyət haqqında ciddi tədbirlərin görüləcəyi barədə xəbərdarlıq olunub.
Bundan başqa, nazirlik ölkə daxilində və xaricində, o cümlədən İraq və Suriyanın şimalında keçirilən əməliyyatlarla son bir həftə ərzində 45 terrorçunun zərərsizləşdirildiyi bildirilib.