Türkiyənin Aksaray şəhərində evdə dava edən 62 yaşlı Mövlud Ç. və 56 yaşlı Yeter Ç. cütlüyü bir-birinə vaza ilə xəsarət yetirib.
Qaziler.az bildirir ki, hadisə yerli vaxtla səhər saat 08.30 radələrində Paşacık məhəlləsində baş verib. Mövlud Ç. və həyat yoldaşı Yeter Ç. arasında naməlum səbəbdən mübahisə yaranıb.
Mübahisə böyüyərkən Mövlud Ç götürdüyü güldanla arvadının başına zərbə vurub. Yetər C. isə qismən sınmış vazanı ondan alaraq əriə xəsarət yetirib.
Cütlük qan içində olarkən səs-küyü eşidən qonşuları polisə və təcili yardıma xəbər verib. Cütlük təcili yardımla Aksaray Təhsil və Araşdırma Xəstəxanasına aparılıb.
Mövlud Ç, jurnalistlərin: "Bunu niyə etdin, peşmansanmı?" sualına: "Bir-birimizi güldanla vurmuşuq. Peşman olacaq bir şey yoxdur. 40 illik həyat yoldaşımla ilk davamızdır. İlk davada belə oldu" deyib.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
QAZİLER.AZ