Rusiyanın Ukraynaya qarşı müharibəsində Rusiya ərazisinə hücumların qarşısını almaq mümkün deyil. Tərəfdaşların Ukraynaya verdiyi silahlara heç bir məhdudiyyət qoyulmamalıdır.
Qaziler.az bildirir ki, bu barədə prezidenti Vladimir Zelenski ilə keçirdiyi brifinqdə Estoniya prezidenti Alar Karis məlumat verib.
Estoniya prezidenti həmçinin vurğulayıb ki, ölkəsi Ukraynaya, xüsusən də hərbi baxımdan dəstəyini davam etdirəcək.
"Müharibə davam etdikcə Estoniya Ukraynanı dəstəkləyəcək. Biz Ukraynaya ikitərəfli yardımın göstərilməsini təmin etmək üçün G7 təşəbbüsünə qoşulmuşuq. 2024-cü ildən 2027-ci ilə qədər olan dövrdə də Ukraynanı dəstəkləyəcəyik. Biz hər il Ukraynaya müdafiə büdcəmizin 0,25 faizini verəcəyik və digərlərini Ukraynaya kömək etməyə çağırırıq.”, - deyə lider bildirib.
Onun sözlərinə görə, Estoniya 2027-ci ilə qədər Ukraynaya 1,2 milyard avro məbləğində yardım edəcək. Həmçinin, prezidentin qeyd etdiyi kimi, Estoniyanın Ukraynanı bərpa etmək üçün konkret planları var, bunun üçün Rusiya Federasiyasının dondurulmuş aktivlərindən istifadə etmək lazımdır.
QAZİLER.AZ