Türkiyədə terror təşkilatı İŞİD-a qarşı 16 vilayətdə keçirilən "Qəhrəmanlar-40" əməliyyatlarında 70 şübhəli şəxs ələ keçirilib.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Türkiyə daxili işlər naziri Ali Yerlikaya Təhlükəsizlik Baş İdarəsi Terrorla Mübarizə İdarəsi və Kəşfiyyat İdarəsinin koordinasiyasında yanvarın 9-da başlayan "Qəhrəmanlar-40" əməliyyatlarının başa çatdığını açıqlayıb.
Terror təşkilatı İŞİD-a qarşı 16 vilayətdə keçirilən əməliyyatlar zamanı 70 şübhəli şəxs ələ keçirilib.
QAZİLER.AZ