Zelenski: Rusiyanın hərbi ehtiyatları tükənir, təcrübəli əsgərlərini itirib

Zelenski: Rusiyanın hərbi ehtiyatları tükənir, təcrübəli əsgərlərini itirib backend

Ukrayna Prezidenti Vladimir Zelenski bildirib ki, Ukraynanın hazırkı vəziyyətdə atəşkəsə razılaşması Rusiyaya yenidən özünü toparlamaq, bölmələrini gücləndirmək və təkrar hücumdan əvvəl ehtiyatlarını artırmaq şansı verəcək.

Apa "ERR.ee" yə istinadən xəbər verir ki, bu barədə Ukrayna dövlət başçısı Tallində estoniyalı həmkarı Alar Karrislə birgə keçirdiyi mətbuat konfransında deyib.

 

Estoniyalı jurnalistin atəşkəslə bağlı sualını cavablandıran Prezident Zelenski: "Ukraynada atəşkəsdən danışsaq, bu, sülh olmayacaq. Bu, müharibənin dayanacağı demək deyil. Bu, həm də siyasi dialoqa imkan verməyəcək", - deyə bildirib.

Zelenski Rusiyanın döyüş sursatları və dron ehtiyatlarının tükəndiyini, çoxlu əsgər və bütöv birliklər itirdiyini bildirib: "Onlar çox sayda təcrübəli əsgərlərini – Çeçenistanda və Suriyada döyüşən əsgərləri itiriblər, “Vaqner” muzdlu dəstəsi də məhv edilib".

Ukrayna Prezidenti bildirib ki, indi Rusiya orduya daha çox məhbusların cəlb edilməsi də daxil olmaqla, islahatlar aparmağa çalışır.

"Onların İrandan "Şahed" dronları almağa çalışmaları təsadüfi deyil və Şimali Koreya da daxil olmaqla bəzi ölkələrlə hərbi sursatların tədarükü üçün danışıqlar aparırlar", - Zelenski qeyd edib.

"Niyə belə edirlər? Davam edə bilmədiklərinə görə, anbarları boşalır. Ancaq döyüşlərdə fasilə olarsa və Rusiyaya iki-üç il vaxt verilərsə, onlar öz güclərini bərpa edə və döyüş meydanında üstünlüyü təmin edə bilərlər”, - deyə Zelenski qeyd edib.

Ukrayna lideri onu da bildirib ki, Rusiya əhalisi hələ də müharibəni dəstəkləsə də, sürətlə olmasa da, sanksiyalar öz təsirini göstərdiyindən onun təsirləri xalqa çatmağa başlayıb.

"Ukrayna atəşkəslə bağlı istənilən qərarı yalnız öz maraqlarına əsaslanaraq qəbul edəcək", - Zelenski vurğulayıb.

Diaspora