SSRİ və Rusiyanın xalq artisti, Dövlət Akademik Malı Teatrının bədii rəhbəri Yuri Solominin ölümünün ilkin səbəbi böyrək çatışmazlığıdır.
Qaziler.az bildirir ki, bu barədə Mash Telegram kanalı məlumat yayıb.
Bildirilir ki, fəsad sənətçinin temporal nahiyəsinin zədələnməsi və beynində çoxsaylı qanaxmalarla üzləşdiyi insult fonunda yaranıb. RT ilə söhbətində Solominin nəvəsi dedi ki, o, “yuxuda sakitcə” ölüb, yanında aktyorun qızı olub.
Yuri Solomin 89 yaşında vəfat edib.
Ötən il noyabrın 6-da sənətçi təcili olaraq Moskvada xəstəxanaya yerləşdirilib - Malı Teatrının bədii rəhbəri gəzərkən huşunu itirib və hadisə şahidləri onun üçün təcili yardım çağırıblar.
QAZİLER.AZ