Mariupol küçələrində Rusiya hərbçilərinin qeyri-adi texnikası müşahidə olunub - FOTO

Mariupol küçələrində Rusiya hərbçilərinin qeyri-adi texnikası müşahidə olunub - FOTO backend

Mariupol küçələrində UR-77 "Zmey Qorınıç" özüyeriyən reaktiv sistem görünüb. Bu, bir il ərzində ilk dəfədir ki, baş verir.

Qaziler.az xəbər verir ki, bu barədə  Mariupol merinin müşaviri Pyotr Andryuşenko Teleqramında yazıb.

“Biz Mariupolda “Zmey Qorınıç” sistemlərinin Şevçenko bulvarı boyunca konvoyun tərkibində və hərbi komendantlığın müşayiəti ilə hərəkətini qeydə alırıq”, - o, bildirib.

Onun sözlərinə görə, işğalçılar qurğunu Nikolski istiqamətindən gətirərək Mariupolun Kalmiusski rayonuna keçiriblər.

"Çox güman ki, təmir üçün, İliç Dəmir Zavodunun ərazisindəki Topolin küçəsindəki təmir bazasına aparırlar. Bu sinif hərbi texnika üçün bu, keçən ildə ilk dəfədir ", - Andryuşenko əlavə edib.

mənbə: RBK-Ukrayna

QAZİLER.AZ

 

Diaspora