Ukrayna Silahlı Qüvvələri HIMARS-ın köməyi ilə Rusiyanın "Msta-S" haubitsasını və "Tornado-G" reaktiv sistemini sıradan çıxarıb.
Qaziler.az bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin xüsusi əməliyyat qüvvələrinin Telegram kanalında məlumat verilib.
Hərbçilərin məlumatına görə, 73-cü Hərbi Dəniz Qüvvələrinin Əlahiddə Hərəkat Mərkəzinin BpAK-ın ekipajı Cənub istiqamətində kəşfiyyat apararkən düşmənin özüyeriyən 2S19 Msta-S haubitsasını və “Tornado-G” reaktiv yaylım atəş sistemini aşkar edib.
“Msta-S məhv edilib, Tornado-G zədələnib və onu bərpa etmək mümkün deyil”, - deyə Ukrayna Silahlı Qüvvələri bildirib.
QAZİLER.AZ