Mari Eldə uşaq düşərgəsində yanğın olub - VİDEO

Mari Eldə uşaq düşərgəsində yanğın olub -  VİDEO backend

Rusiya Federasiyasının Mari El Respublikasının Surok qəsəbəsindəki uşaq düşərgəsində yanğın baş verib.

Qaziler.az bildirir ki, bu barədə yanvarın 10-da Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Nazirliyin Telegram kanalında yerləşdirilmiş məlumatda qeyd edildiyi kimi, qəsəbədəki binalardan birinin dam örtüyü yanıb. Hadisə zamanı binada istirahət edənlərdən və  işçi personalından heç kim olmayıb.

İlkin məlumata görə, yanğının sahəsi 300 kvadratmetr olub. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları yanğının qonşu tikililərə keçməsinin qarşısını ala biliblər.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, hazırda yanğın lokallaşdırılıb.

Yanğının söndürülməsinə 36 mütəxəssis və 13 texnika cəlb olunub.

QAZİLER,AZ

Diaspora