Rusiya hərbçiləri bu gün yenidən Xerson vilayətinə hücum ediblər. Novodmitrovkaya endirilən zərbə nəticəsində bir sakin yaralanıb.
Qaziler.az-ın məlumatına görə, bu barədə Xerson hərbi administrasiyasından bildiriblər.
"58 yaşlı yerli sakin öz evində xəsarət alıb. O, partlayış nəticəsində kəllə-beyin travması alıb", - hərbi administrasiya məlumat yayıb.
Həmin şəxs xəstəxanaya çatdırılıb.
QAZİLER,AZ




