Biz Putini bitirməyincə, o, müharibəni bitirməyəcək - Zelenski

Biz Putini bitirməyincə, o, müharibəni bitirməyəcək -  Zelenski backend

Ukrayna lideri bir daha xəbərdarlıq edib ki, Litva, Latviya, Estoniya və Moldova Rusiya təcavüzünün növbəti qurbanları ola bilər.

Qaziler.az ukrayna mətbuatına istinadən bildirir ki, Ukrayna prezidenti Vladimir Zelenski Vilnüsdə keçirdiyi mətbuat konfransında Rusiyanın Ukraynada qələbəsinin bəzi Avropa dövlətlərinin təhlükəsizliyini təhdid edəcəyini bildirib.

"Rusiya prezidenti Ukraynanı dağıtmayana qədər sakitləşməyəcək. Ukraynadan sonra siz yaxşı bilirsiniz ki, növbəti riskləri kimindir... Biz başa düşməliyik ki, dayana bilməsək, növbəti yerdə Litva, Latviya, Estoniya, Moldova ola bilər", -  Zelenski bildirib.

Onun sözlərinə görə, son vaxtlar Rusiya Federasiyası son vaxtlar Finlandiya, Özbəkistanın müstəqilliyi və s.-dən danışır.

“Biz hamımız birlikdə onu bitirməyənə qədər o bunu bitirməyəcək”, - deyə dövlət başçısı vurğulayıb.

QAZİLER.AZ

Diaspora