Ukrayna müdafiəçiləri bu gün, yanvarın 9-da Rusiyanın iki kəşfiyyat PUA-sını məhv edə bilib. PUA-lar Xerson vilayətində vurulub.
Qaziler.az xəbər verir ki, bu barədə Ukraynanın “Cənub” Hərbi Hava Komandanlığı bildirib.
Hərbçilərin məlumatına görə, Xerson zenit-raket briqadasının əsgərləri gün ərzində aşağıdakı pilotsuz təyyarələri məhv ediblər:
"Merlin-VR";
Superkamera.
Hərbi Hava Komandanlığı hələlik daha ətraflı məlumat açıqlamayıb.
QAZİLER.AZ
