İranın Əlborz əyalətində tibbi avadanlıq və kosmetika fabrikində baş verən partlayış nəticəsində 23 nəfər xəsarət alıb.
Qaziler.az bildirir ki, İranın rəsmi agentliyi İRNA-nın xəbərinə görə, Əlborz vilayətinin Təcili Tibbi Yardım Mərkəzinin rəhbəri Əhməd Mehdevi məsələ ilə bağlı açıqlama verib.
Mehdevi bildirib ki, Əlborz vilayətinin Ferdis şəhərində Simin Deşt Sənaye Bölgəsindəki tibbi avadanlıq və kosmetika fabrikində baş verən partlayışdan sonra yanğın baş verib.
Hadisə zamanı 23 nəfərin yaralandığını bildirən Mehdevi yaralılardan bəzilərinin vəziyyətinin ağır olduğunu bildirib.
Mehdevi yanğının yerli vaxtla saat 15.30 radələrində baş verdiyini və qrupların yanğını söndürmə işlərinə davam etdiyini bildirib.
Ferdis Xilasetmə Qrupunun sədri Hüseyn Aşuri də yanğının fabrikdəki qaz məhlulunda baş verən partlayış nəticəsində baş verdiyini bildirib.
QAZİLER.AZ