Qırğızıstanda səfərdə olan Türkiyənin xarici işlər naziri Hakan Fidan yanvarın 10-da Tacikistana səfər edəcək.
Qaziler.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin məlumatında deyilir.
Səfər Tacikistanın xarici işlər naziri Sirojiddin Muhriddinin dəvəti ilə baş tutacaq.
Qeyd edilib ki, səfər zamanı regional və beynəlxalq gündəlikdəki vacib məsələlər ətrafında fikir mübadiləsi aparılacaq. Ankara ilə Düşənbə arasında əlaqələrin inkişafı müzakirə olunacaq.