Gürcüstanın paytaxtı Tbilisidə heyvanlara göstərilən qəddarlığa qarşı aksiya keçirilir.
Qaziler.az gürcü mətbuatına istinadən bildirir ki, onlarla paytaxt sakini Rustaveli prospektinə toplaşıb, onlardan bəziləri ev heyvanlarını gətirib.
Etirazçılar əllərində “Heyvanlara qarşı zorakılığa son”, “Təcavüzkarı cinayət məcəlləsinə uyğun cəzalandırın” sözləri yazılmış plakatlar tutub.
Paper Kartuli xəbər verir ki, insanlar gəlməyə davam edir. Təşkilatçılar heyvanlara qarşı zorakılıq edənlərin cəzalandırılması üçün əllərindən gələni edəcəklərini bildiriblər.
Polis etirazçılara parlament binasının yaxınlığında dayanmağa icazə verməyib.
Xatırladaq ki, Yeni il ərəfəsində həkimlər itlərdən birini xilas edə bilməyib - o, həyatla bir araya sığmayan şəkildə xəsarət alıb. Yanvarın 9-da məlum olub ki, polis Marneuli sakinini iti döyərək öldürdüyünə görə həbs edib.
QAZİLER.AZ