Bir ay ərzində yüzdən çox rus əsgəri ukraynalı müdafiəçilərə təslim olub. Bu məlumatlar yalnız Tavriya istiqamətinə aiddir.
Qaziler.az bildirir ki, bu barədə Tavriya Müdafiə Qüvvələrinin Birləşmiş Mətbuat Mərkəzinin spikeri, polkovnik Aleksandr Ştupun telemarafonun efirində deyib.
Onun sözlərinə görə, gün ərzində 10-a yaxın işğalçı təslim olub.
"Üç gün ərzində artıq 30 əsir işğalçı var. Bir ayda isə 100-dən çox əsir götürülüb", - Ştupun qeyd edib.
O əlavə edib ki, bu yolla düşmən əsgərləri sağ qalmağa çalışırlar.
QAZİLER.AZ