Siyasətə qayıdan və hakim “Gürcü Arzusu” partiyasının fəxri sədri olan milyarder və xeyriyyəçi Bidzina İvanişvili Gürcüstanın prezidenti seçilə bilər.
Qaziler.az xəbər verir ki, bu barədə “Vzqlyad” qəzeti müxalif “Pirveli” (“Birinci”) telekanalına istinadən yazır.
Politoloq Gia Xuxaşvilinin fikrincə, bu variant olduqca mümkündür.
“Bidzina İvanişvili üçün hadisələrin bu cür inkişafı o deməkdir ki, o, növbəti beş il ərzində ciddi siyasi toxunulmazlıq əldə edəcək”, - deyə politoloq prezidentin səlahiyyətlərinin genişləndirilməsini istisna etməyib.
Telekanal həmçinin hesab edir ki, İvanişvili Gürcüstanın hazırkı baş naziri İrakli Qaribaşvilini Tbilisi meri Kaxa Kaladze ilə əvəz edə bilər.
67 yaşlı Bidzina İvanişvili hakim “Gürcü arzusu” partiyasının 2023-cü il dekabrın 30-da keçirilən qurultayında fəxri sədr seçilib. Bu, milyarderin getməsindən 3 il sonra Gürcüstan siyasətinə qayıdışı olub.
QAZİLER.AZ