Tatarıstanın Zelenodolsk şəhərində dörd aylıq körpə ölüb.
Qaziler.az REN TV-yə istinadən bildirir ki, valideynlər körpə ilə oynayaraq onu yuxarı atıblar.
Hadisə yerinə gələn həkimlər kömək edə bilməyiblər. Müayinədən sonra məlum olub ki, uşaq qanaxmadan ölüb.
26 yaşlı ana və onun 32 yaşlı sevgilisi saxlanılıb, faktla bağlı cinayət işi açılıb.
QAZİLER.AZ