Kiyevdə hərəkətdə olan trolleybus yandı - VİDEO

Kiyevdə hərəkətdə olan trolleybus yandı - VİDEO backend

Kiyevin Desnyanski rayonunda, Qradinskaya küçəsində (Troyeşçina) trolleybus bazar ertəsi, yanvarın 8-də hərəkətdə olarkən yanıb. İlkin məlumatlara görə, kabinənin içərisindən yanğın baş verib.

Qaziler.az bildirir ki, bu barədə Kiyev Şəhər Dövlət Administrasiyasının Telegram kanalı məlumat yayıb.

Trolleybus sərnişinlərindən heç kim xəsarət almayıb. Hazırda hadisə yerində “Kiyevpasstrans”ın mütəxəssisləri, xilasetmə xidmətləri, həkimlər və hüquq-mühafizə orqanları işləyir.

“Kiyevpasstrans”dan verilən məlumata görə, trolleybus saz vəziyyətdə olub və marşruta çıxmazdan əvvəl lazımi cari texniki baxışdan keçib. İlkin versiyaya görə, yanğın kabinənin içərisindən olub.

QAZİLER.AZ 

Diaspora