Rusiyanın Buryatiya Respublikasında 70 yaşlı kişi və onun 69 yaşlı arvadının meyitləri yaşadıqları mənzildə tapılıb.
Qaziler.az bildirir ki, bu barədə yanvarın 8-də “İzvestiya” məlumat verib.
Qeyd olunur ki, yanvarın 7-də axşam saatlarında onların kürəkəni yaşlı ər-arvadın yanına gələrkən Zakamensk şəhərinin Yubileynaya küçəsindəki mənzildə təqaüdçülərin meyitlərini aşkarlayıb.
“Kişi və arvadının cəsədlərinin baş nahiyəsində qançırlar aşkarlanıb”, - mənbə bildirib.
Hadisə ilə bağlı cinayət işi açılıb.
QAZİLER.AZ