Müstəqil Qazaxıstan tarixində ilk dəfə olaraq sərbəst güləş üzrə ilk dünya çempionu Rizabek Aytmuxana Aktobe şəhərinin sahibkarları at ilxısı hədiyyə ediblər.
Qaziler.az Qazaxıstan mətbuatına istinadən bildirir ki, dünya çempionu Aktobeyə səfəri zamanı vilayət rəhbərinin qəbulunda olub.
“Aktobe vilayətinin Atçılar İttifaqı, Marat, Rinat Janqozinlər və bu bölgədən öz əcdadlarının adət-ənənələrinə hörmətlə yanaşan bir neçə nəfər sərbəst güləş üzrə Qazaxıstan Respublikasının ilk dünya çempionu Rizabek Aytmuxana at ilxısı hədiyyə etdilər”, - "Kazakhstan Wrestling Team"ın məlumatında deyilir.
QAZİLER.AZ