Ukraynaya raket hücumu: 34 yaralı, 4 ölü

Ukraynaya raket hücumu: 34 yaralı, 4 ölü backend

Yanvarın 8-də Ukraynaya raket hücumu nəticəsində 34 nəfər yaralanıb, artıq 4 nəfərin öldüyü bildirilir.

Qaziler.az bildirir ki, bu barədə Xmelnitski Vilayət Polis İdarəsi, Ukrayna Daxili İşlər Nazirliyi və Prezident Aparatı rəhbərinin müavini Aleksey Kuleba Teleqram kanalında məlumat verib.

O cümlədən, Krivoy Roq rayonunun Lozovatskaya icmasında yaşayış binasının atəşə tutulması zamanı 62 yaşlı qadın həlak olub.

"Təəssüf ki, artıq iki ölü var. Bu, böyük itkidir, çünki insan həyatından başqa hər şeyi bərpa etmək və yenidən qurmaq olar", - Xmelnitski hərbi administrasiyasının məlumatında qeyd edilib.

Həmçinin, Daxili İşlər Nazirliyinin məlumatına görə,Ukrayna Fövqəladə Hallar Dövlət Xidmətinin əməkdaşları Çuqevski rayonunun Zmiyev şəhərində düşmənin hücumuna məruz qalan ərazidə axtarış-xilasetmə işlərini başa çatdırıblar.

“Xilasedicilər fərdi yaşayış evinin dağıntıları altından 63 yaşlı qadının meyitini çıxarıblar”, - deyə idarədən əlavə ediblər.

Kuleba qeyd edib ki, Novomoskovskda partlayış dalğası nəticəsində aşan mikroavtobusda 5-i uşaq olmaqla 24 nəfər yaralanıb.

Həmçinin Zmiyevdə xilasedicilər 60 və 90 yaşlı iki kişini xilas ediblər.

Daha 5 nəfər Zaporojyedə, bir nəfər isə Krivoy Roqda yaralanıb.

QAZİLER.AZ

Diaspora