Qondarma "Luqansk Xalq Respublikası"nda (LXR) iki Ukrayna vətəndaşı Kiyevin xeyrinə casusluq etməkdə şübhəli bilinərək saxlanılıb.
Qaziler.az bildirir ki, bu barədə bazar ertəsi, yanvarın 8-də jurnalistlərə Rusiya FTX-nin "LXR" üzrə İdarəsinin mətbuat xidməti məlumat verib.
“Rusiya FTX-nin Luqansk Xalq Respublikası üzrə İdarəsi Rusiya FTX-nin Cənub Hərbi Dairəsi üzrə İdarəsi ilə əməkdaşlıq edərək, xarici dövlətin maraqlarına uyğun hərəkət edən iki Ukrayna vətəndaşının qanunsuz fəaliyyətinin qarşısını alıb”, - deyə idarənin məlumatında bildirilir.
İstintaqın məlumatına görə, saxlanılanlardan biri Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) əməkdaşına xalq milislərinin və respublikanın digər təhlükəsizlik qüvvələrinin şəxsi heyətinin və hərbi texnikasının yerləşdiyi yerlər barədə məlumat toplamaqda və ötürməkdə şübhəli bilinir. İ
Digər şəxs UTX-yə bölgədəki hüquq-mühafizə orqanlarının əməkdaşları haqqında məlumat verməkdə ittiham olunur.
Saxlanılan şəxslərə qarşı cinayət işi açılıb.
QAZİLER.AZ