"Ukrayna hərbçiləri son 24 saat ərzində Tavriya istiqamətində 400-dən çox rusiyalı işğalçını məhv edib. Ukrayna Silahlı Qüvvələri düşmənin 28 hərbi texnikasını da sıradan çıxarıb".
Qaziler.az bildirir ki, bu barədə Tavriya Müdafiə Qüvvələrinin Birləşmiş Mətbuat Mərkəzinin Facebook səhifəsində məlumat yayılıb.
Ümumilikdə, Tavriya istiqamətində düşmən 331 hava zərbəsi endirib, 25 hərbi toqquşma olub, 617 artilleriya atəşi həyata keçirib.
Düşmənin hərbi və mülki infrastruktura qarşı raket və pilotsuz uçuş aparatlarından istifadə təhlükəsi hələ də yüksək olaraq qalır.
Avdeyevka istiqamətində ukraynalı müdafiəçilər Avdeyevkanı mühasirəyə almaq cəhdlərindən əl çəkməyən düşməniin qarşısını almağa davam edirlər. Ukraynalı döyüşçülər müdafiəni mətanətlə saxlayır, işğalçılara xeyli itki verirlər.
Belə ki, Ukrayna Müdafiə Qüvvələri son 24 saat ərzində Novobaxmutovka, Avdeyevka yaxınlığında 6, Donetsk vilayətinin Pervomayski və Nevelski yaxınlığında düşmənin daha 15 hücumunu dəf edib.
Maryinski istiqamətində isə Ukrayna Silahlı Qüvvələri Donetsk vilayətinin Marinka və Novomixailovka bölgələrində düşməni mühasirəyə almağa davam edir, burada 3 hücum dəf edilib.
QAZİLER.AZ