Ərdoğandan Ər-Riyaddakı insidentlə bağlı açıqlama...

Ərdoğandan Ər-Riyaddakı insidentlə bağlı açıqlama... backend

Biz Türkiyə idmanlarının mübahisələrlə deyil, nailiyyətlərlə gündəmə gəlməsini istəyirik. İdmanın gündəlik siyasətin alətinə çevrilməsi yanlışdır.

QAZİLER.AZ  Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ötən gün “Qalatasaray”-“Fənərbağça” matçınının ləğvi və bunun fonunda yaşanan müzakirələrlə bağlı açıqlamasında deyib.

Dövlət başçısı müxalif kəsimin bu olaydan sui-istifadə etdiyini vurğulayıb.

“Dünənki hadisənin məcrasından çıxarılaraq şou və provokasiya vasitəsi edilməsinə icazə vermərik. Bu məsələdə lazımi addımı atmaqdan çəkinməyəcəyik. İdman camiəsinə keçmiş olsun deyirəm”, - deyə Ərdoğan bildirib.

Qeyd edək ki, dünən Ər-Riyadda keçirilməsi nəzərdə tutulan "Qalatasaray"-"Fənərbağça" final matçı Atatürkün pankartına və İstiqlal marşının oxunmasına qoyulan qadağaya görə ləğv edilib.

 

 

Diaspora