Məşhur rusiyalı jurnalistin atasının meyiti dərədən tapıldı

Məşhur rusiyalı jurnalistin atasının meyiti dərədən tapıldı backend

Rusiyanın Vidnoye şəhərində jurnalist Vladimir Leqoydanın atası Roman Leqoydanın meyiti tapılıb.

Qaziler.az bildirir ki, bu barədə Rusiyanın “112” Telegram kanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, Roman Leqoyda quldurluq hadisəsinin qurbanı olub.

Hadisə dekabrın 29-da günorta saatlarında kişi nəvəsi ilə gəzərkən baş verib.

Cəsəd yolun kənarındakı dərədən tapılıb.

Vladimir Leqoyda kilsə və ictimai xadim, jurnalist, mədəniyyətşünaslıq, politologiya və dinşünaslıq sahəsində mütəxəssisdir.

QAZİLER,AZ

Diaspora