Zelenski komandanlıq ilə vəziyyəti müzakirə etdi, bir nəfəri "Ukrayna Qəhrəmanı" adına layiq gördü

Zelenski komandanlıq ilə vəziyyəti müzakirə etdi, bir nəfəri "Ukrayna Qəhrəmanı" adına layiq gördü backend

Ukrayna Prezidenti Vladimir Zelenski dekabrın 29-da ağır döyüşlərin getdiyi Avdeyevkada komandanlıq ilə görüşüb.

Qaziler.az bildirir ki, Prezident Zelenski müdafiənin ən çətin bölgələrindən birində - Avdiivkada 110-cu mexanikləşdirilmiş briqadanın mövqelərinə baş çəkib.

Dövlət başçısı öz Telegram-da cəbhədən videogörüntü nümayiş etdirib.

"Avdeyevka. Mən  generalı Mark Bezruçko adına 110-cu mexanikləşdirilmiş briqadanın mövqelərində oldum. Cəbhənin ən çətin sahələrindən biri. Əsgərlərə şəxsən təşəkkür etdim. Biz komandirlə müdafiə vəziyyətini və əsas ehtiyacları müzakirə etdik". prezident bildirib.

Vladimir Zelenski həmçinin ən yaxşı döyüşçüləri dövlət mükafatları ilə təltif edib, kiçik serjant İqor Timoşçuka "Ukrayna Qəhrəmanı" adına layiq görülüb.

Xatırladaq ki, Avdeyevkada vəziyyət çox ağır olaraq qalır.

QAZİLER.AZ

Diaspora