Fırıldaqçılar rusiyalı kosmonavtdan 10 milyon alıblar

Fırıldaqçılar rusiyalı kosmonavtdan 10 milyon alıblar backend

Pilot-kosmonavt Mixail Tyurin fırıldaqçılığın qurbanı olub.

Qaziler.az bildirir ki, bu barədə dekabrın 29-da “İzvestiya”ya mənbə məlumat verib.

Onun sözlərinə görə, 63 yaşlı Tyurinə dekabrın ortalarında naməlum kişidən zənglər və mesajlar gəlib. O, astronavtı bir neçə dəfə əmanət hesabından pul çıxarmağa və başqasının hesabına köçürməyə məcbur edib.

Tyurin aldığı pulu fırıldaqçıya ötürmək üçün də iki kredit götürüb. Ümumi zərər 10,173 milyon rubl təşkil edib.

Bu fakta əsasən, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü hissəsi (“Mütəşəkkil dəstə tərəfindən və ya xüsusilə külli miqdarda dələduzluq”) ilə cinayət işi açılıb.

QAZİLER.AZ

Diaspora