Dekabrın 29-da Ukraynanın paytaxtı Kiyevə raket hücumu nəticəsində iki nəfər həlak olub. Paytaxtın Şevçenko rayonunda daha bir qurbanın meyiti anbarın dağıntıları altından tapılıb.
Qaziler.az bildirir ki, bu barədə Kiyev meri Vitali Kliçko Teleqram kanalında məlumat yayıb.
"Daha bir qurbanın cəsədi Şevçenko rayonundakı anbarın dağıntıları altından çıxarılıb", - Kliçko bildirib.
Paytaxt merinin bildirib ki, Kiyevə səhər hücumundan sonra indi iki nəfər ölüb.
Kiyev şəhər hərbi administrasiyası qeyd edir ki, paytaxtın atəşə tutulması nəticəsində 24 nəfər xəsarət alıb. Eyni zamanda, məlumatlar hələ də dəqiqləşdiriləcəkdir.
"Hazırda Kiyevdə 2 ölü və 24 yaralının olduğu məlumdur. Onlardan 20-si xəstəxanaya yerləşdirilib.Məlumatlar yenilənəcək", - administrasiyanın bəyanatında deyilir.
QAZİLER.AZ