Səhər hücumu zamanı rusiyalı terrorçular Ukrayna ərazisinə 110-a yaxın müxtəlif tipli raketlər atıblar.
Qaziler.az bildirir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski Teleqramda yazıb.
"Doğum evi, təhsil müəssisələri, ticarət mərkəzi, hündürmərtəbəli binalar və fərdi evlər, ticarət anbarı, parkinq. Kiyev, Lvov, Odessa, Dnepr, Xarkov, Zaporojye və digər şəhərlərimiz. Bu gün Rusiya arsenalında olan demək olar ki, hər şeylə Ukraynanı vurdu : "Kinjal"lar, S-300, qanadlı raketlər, PUA-lar. Strateji bombardmançılar X-101/X-505-i havaya buraxıblar”, - Zelenski yazıb.
Onun sözlərinə görə, ruslar tərəfindən 110-a yaxın raket buraxılıb ki, onların da əksəriyyəti hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub. Lakin hücum nəticəsində ölən və yaralananlar var. Bütün xidmətlər gücləndirilmiş iş rejimində işləyir və zərərçəkənlərə lazımi yardım göstərir.
"Həlak olanların ailələrinə və yaxınlarına başsağlığı, yaralananların tezliklə sağalmasını diləyirəm. Terrorçuların hücumlarına görə mütləq cavab verəcəyik. Və ölkəmizin, hər bir şəhərin, bütün xalqımızın təhlükəsizliyini təmin etmək üçün mübarizə aparacağıq. Rusiya terrorizmi məğlub olmalıdır - və məhz belə olacaq”, - prezident vurğulayıb.
QAZİLER,AZ