Dneprdə səhər saatlarında Rusiyanın raket hücumu nəticəsində ölən və yaralananlar var. Bundan başqa, şəhərdəki doğum evinə də ziyan dəyib.
Qaziler.az bildirir ki, bu barədə Dnepr meri Boris Filatovun Facebook-da məlumat yayıb.
"Yaralananlar və ölənlər var. Bütün yerli xidmətlər tam hazırdır. Dövlət Fövqəladə Hallar Xidməti və digər orqanlar birlikdə işləyir", - Filatov bildirib.
Mer hücumun təfərrüatlarını açıqlamayıb.
"Suspilne" Teleqram kanalı xəbər verir ki, Dneprdə endirilən raket zərbəsi nəticəsində doğum evinə ziyan dəyib. Tibb müəssisəsinin binasının şüşələri sınıb.
QAZİLER.AZ