Türkiyənin ətraf mühit və şəhərsalma naziri Mehmet Özhaseki bildirib ki, bir neçə il ərzində aparılan təmir layihəsi çərçivəsində İstanbulda təxminən 1 milyon zəlzələyə davamlı ev tikilməsi planlaşdırılır.
Qaziler.az bildirir ki, nazir bu barədə “CNN Türk” telekanalına müsahibəsində danışıb.
Tikinti üçün 12 rayon ayrılacaq. Seysmik aktivlik üçün risk zonasında yerləşən 16 milyonluq şəhərin sakinləri oraya köçürüləcək.
“İstanbulda yeni yaşayış evlərinin tikiləcəyi 12 ehtiyat ərazi müəyyən edilib. Bir neçə il ərzində biz orada 1 milyona yaxın zəlzələyə davamlı ev tikməyi planlaşdırırıq”, - nazir deyib.
Nazir qeyd edir ki, İstanbulda 7,5 milyon evdən təxminən 1,5 milyonu yaşamaq üçün təhlükəli sayılır.
QAZİLER.AZ