Bu gün səhər saatlarında Rusiya hərbçiləri Kupyanski rayonunun Sinkovka yaşayış məntəqəsinə hücum etməyə cəhd ediblər. Lakin Ukrayna Silahlı Qüvvələri hücumu dəf edərək 10-la rusiya əsgərini məhv edib.
Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Şərqi Qüvvələr Qrupunun komandanı Aleksandr Sırski Teleqramda məlumat yayıb.
Sırski bildirib ki, Sinkovkaya səhər hücumu zamanı rusiyalı hərbçilər xeyli itki verib. Xüsusilə, Ukrayna ordusu düşmənin 1 tankını,
3 piyada döyüş maşınını məhv edib.
Komandirin sözlərinə görə, bundan əlavə, düşmənin daha bir tankı zədələnib.
Canlı qüvvəyə gəlincə, burada da ruslar xeyli itki veriblər. Sırski bildirib ki, Ukrayna Silahlı Qüvvələri 30 işğalçını məhv edib, daha on nəfər yaralanıb.
QAZİLER.AZ