Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bildirib ki, Avropa müdafiə sənayesi Kiyevin hərbi ehtiyaclarını ödəyə bilmir.
Qaziler.az bildirir ki, o, bunu dekabrın 27-də “The Kyiv Independent” qəzetinə deyib
“Silah istehsalı Avropada ən populyar biznes sahəsi deyil. Təəssüf ki, dostlarımız silah və sursat istehsalını necə və nə vaxt artırmaq barədə düşünməyə çox vaxt sərf ediblər”, - nazir bildirib.
Kulebanın sözlərinə görə, Avropa “müharibələrlə necə mübarizə aparacağını bilmir”.
QAZİLER.AZ