Rusiyada deputatın meyiti tapıldı - FOTO

Rusiyada deputatın meyiti tapıldı - FOTO backend

Rusiyanın Tümen vilayətinin Tobolsk şəhərində şəhər Dumasının deputatı Vladimir Yeqorovun meyiti  tapılıb.

Qaziler.az Rusiya mətbuatına istinadən bildirir ki, şəhərin Kedrovaya küçəsindəki evlərin birinin həyətində 46 yaşlı kişi meyiti tapılıb. İlkin versiyaya görə, deputat üçüncü mərtəbənin pəncərəsindən yıxılıb.

Ölən yeddinci çağırış Tobolsk Şəhər Dumasının sədr müavini və 9 saylı birmandatlı seçki dairəsinin deputatı olub. Qazeta.Ru dəqiqləşdirir ki, o, həm də “Vinokurovo” istirahət mərkəzinin sahibi olub.

Deputatın ölümünün səbəbləri araşdırılır.

QAZİLER.AZ

Diaspora