Amerikanın “Newsweek” nəşri yazıb ki, ilk F-16 təyyarəsi yəqin ki, artıq Ukraynaya gəlib. Lakin Ukrayna Hərbi Hava Qüvvələri bu məlumatı təsdiqləmir.
Qaziler.az Ukrayna mətbuatına istinadən bildirir ki, F-16-nın Ukraynaya gəlməsi ilə bağlı şayiələr Rusiya ordusunun ötən həftə ərzində dörd Su-34-ü itirməsindən sonra yayılıb. Rusiyalı təbliğatçılar Ukraynanın Qərb tərəfdaşlarından gözlədiyi F-16-ların köməyi ilə vurula biləcəyini irəli sürüblər. Üstəlik, ruslar hətta ilk təyyarələrin guya məhv edildiyini də deyiblər.
Bu gün, "Newsweek"-in yazdığına görə, ABŞ-dakı adı açıqlanmayan bir mənbə, Ukraynanın çox güman ki, ona vəd etdiyi F-16-lardan birincisini aldığını irəli sürüb.
Bununla belə, RBC-Ukraynaya şərhində Hərbi Hava Qüvvələrinin sözçüsü Yuri İqnat F-16-nın Ukraynaya gəlməsini təkzib edib. Onun sözlərinə görə, Ukraynada ilk təyyarənin qəbulu üçün hələ də hazırlıq gedir.
QAZİLER.AZ