Rusiyalı ssenarist, Rusiya Federasiyasının əməkdar artisti Yuri Arabov 69 yaşında vəfat edib.
Qaziler.az bildirir ki, bu barədə çərşənbə günü, dekabrın 27-də Rusiya Kinematoqrafçılar İttifaqından məlumat verilib.
"Yuri Nikolayeviç Arabov bu gün vəfat edib", - təşkilatdan TASS-a bildiriblər.
Arabov 1954-cü il oktyabrın 25-də Moskvada anadan olub. Yaradıcılıq fəaliyyəti illərində o, bir çox sovet və rus filmlərinin, o cümlədən kinorejissorlar Aleksandr Sokurov, Aleksandr Proşkinin, Nikolay Dostalın və bir çox başqalarının filmlərinin ssenari müəllifi olub.
O, “Molox”, “Buğa”, “Günəş”, “Faust”, “Rahib və iblis”, “Güzgülər”, “Orda”, “Möcüzə” və bir çox filmlər də daxil olmaqla 30-dan çox layihənin ssenarisini yazıb. Bundan əlavə, kinematoqraf “Qirokastra”, “Bizon ovu” və “Rus arvadları” kimi layihələrdə də rejissor kimi çıxış edib.
QAZİLER.AZ