Müharibə başlayandan bəri Ukraynada minalardan nə qədər insan həlak olub?

Müharibə başlayandan bəri Ukraynada minalardan nə qədər insan həlak olub? backend

Ukraynada rus işğalçılarının genişmiqyaslı işğalı başlayandan bəri mina və ya digər partlayıcı obyektlərin partlaması nəticəsində 277 nəfər həlak olub. Onların arasında uşaqlar da var.

Bu barədə "RBC-Ukrayna" agentliyi Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin mətbuat xidmətinin rəhbəri Aleksandr Xorunjinin brifinqdə verdiyi açıqlamaya istinadən məlumat verib.

"Rusiyanın genişmiqyaslı işğalı başlayandan indiyədək partlayıcı qurğular nəticəsində 277 nəfər həlak olub, onlardan 14-ü uşaqdır", - Xorunji qeyd edib.

O, minanın partlaması nəticəsində 608 nəfərin xəsarət almasına da aydınlıq gətirib. Onların arasında 74 uşaq var.

Mətbuat xidmətinin məlumatına görə, genişmiqyaslı müharibə başlayandan bəri xilasedicilər 464 min partlayıcı obyekti, o cümlədən 3 mindən çox aviasiya bombasını zərərsizləşdirib.

Minatəmizləmə əməliyyatları ən aktiv şəkildə Donetsk, Xarkov, Xerson və Nikolayev vilayətlərində davam edir.

 

QAZİLER.AZ

Diaspora