"Novoçerkassk"a zərbə: Ölən dənizçilər arasında çağırışçılar da var - KİV - VİDEO

"Novoçerkassk"a zərbə: Ölən dənizçilər arasında çağırışçılar da var - KİV - VİDEO backend

Ukrayna Silahlı Qüvvələrinin işğal altındakı Krım yarımadasının Feodosiya limanında iri “Novoçerkassk” desant gəmisinə endirdiyi zərbə nəticəsində çağırışçıların da  həlak olduğu ehtimalı olunur.

Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna ASTRA-ya istinadən xəbər verir.

Nəşr yazır ki, hücum zamanı gəmidə gənc çağırışçılar və müqaviləli hərbçilər olub.

"Novoçerkassk"da xidmət edən matroslardan biri ölən çağırışçılardan danışıb.

ASTRA onu da yazır ki, sosial şəbəkələrdə həlak olan rus hərbçilərinin kədərini əks etdirən yazılar var.

Xatırladaq ki, dekabrın 26-na keçən gecə Ukrayna HHQ Feodosiya limanında “Novoçerkassk” desant gəmisini məhv edib. Daha sonra sosial şəbəkələrdə desant gəmisinin son görüntüləri yayılıb.

Ukrayna Silahlı Qüvvələrinin zərbələri nəticəsində, həmçinin Feodosiya dəmiryol vağzalına da ziyan dəyib. 

QAZİLER.AZ

Diaspora