Manisada terror əməliyyatı: 10 nəfər saxlanılıb

Manisada terror əməliyyatı: 10 nəfər saxlanılıb backend

Türkiyənin Manisa Respublika Prokurorluğu tərəfindən terror təşkilatı PKK/KCK-PYD/YPG-nin hərəkət və fəaliyyətlərinin aşkara çıxarılması və qarşısının alınması məqsədilə aparılan istintaq çərçivəsində 10 şübhəli barəsində həbs qətimkan tədbiri seçilib.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Vilayət  Terrorla Mübarizə İdarəsi tərəfindən eyni vaxtda həyata keçirilən əməliyyatda biri xarici ölkə vətəndaşı olan 10 şübhəli xaricdə silahlı fəaliyyət göstərmək və sosial mediada terror təşkilatı təbliğatı aparmaq ittihamı ilə saxlanılıb. 

Nəzarətə alınan şübhəlilər Vilayət Təhlükəsizlik Müdirliyinə aparılıb.

QAZİLER.AZ

Diaspora