Rus işğalçıları bu gün, dekabrın 26-da Xersondakı dəmiryol vağzalını vurublar. Evakuasiya qatarı atəşə tutulub.
Qaziler.az bildirir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski axşam müraciətində deyib.
"İndicə Xersonun atəşə tutulması ilə bağlı xəbər yayılıb. Dəmiryol vağzalına Rusiya hücumu. Evakuasiya qatarı. Hazırda bütün xidmətlər yerindədir, ölən və yaralananların sayı dəqiqləşdirilir", - dövlət başçısı bildirib.
Onun sözlərinə görə, hücum yerində çoxlu mülki vətəndaş olub. Vəziyyətlə bağlı bütün yeniliklər müvafiq xidmətlər tərəfindən dərc olunacaq.
QAZİLER.AZ