Rusiyada sərnişinl dolu tramvay sıldırım yamacda idarəetməni itirib - VİDEO

Rusiyada sərnişinl dolu tramvay sıldırım yamacda idarəetməni itirib - VİDEO backend

Rusiyanın Nijni Novqorod şəhərində sərnişinlərlə dolu tramvay Okski çıxışında qəflətən idarəetməni itirib və dik, sürüşkən enişlə geriyə doğru gedib. 

Hadisədən olan görüntüləri dekabrın 26-da “İzvestiya” yayımlayıb.

Bu zaman salonda olan sərnişinlər panikaya düşüblər, lakin həmin vaxt kimsə baş verənləri videoya çəkə bilib. Videodan da göründüyü kimi, sürücü tramvay dayanan zaman xəsarətin nəticələrini minimuma endirmək üçün hamıya yerə uzanmağı əmr edib. 

Nijni Novqorod NewsNN portalının məlumatına görə, fövqəladə hadisə dekabrın 23-də baş verib. Ehtimallara görə, nəqliyyat vasitəsi yalnız Molitovski körpüsünün ortasında sürəti azaldıb. Vaqonda olanlardan heç biri xəsarət almayıb.

QAZİLER.AZ

 

 

Diaspora