Rusiya hərbçiləri Xerson vilayətini yenidən vurdular: ölən və yaralananlar var

Rusiya hərbçiləri Xerson vilayətini yenidən vurdular:  ölən və yaralananlar var backend

Bu gün, dekabrın 26-da Rusiya hərbçiləri Xerson vilayətini növbəti dəfə atəşə tutublar. Hücum nəticəsində bir nəfər ölüb, yaralananlar da var.

Qaziler.az bildirir ki, bu barədə Xerson vilayət hərbi administrasiyasının rəhbəri Aleksandr Prokudin Telegram-da məlumat yayıb.

Rəsmi məlumata görə, Xersonda 56 yaşlı kişi xəsarət alıb. 

Eyni zamanda Nikolskoye kəndi də atəşə tutulub. 70 yaşlı kişi aldığı ağır xəsarətlərdən dünyasını dəyişib. Kəndin 50 yaşlı daha bir sakini hazırda xəstəxanadadır. Onun vəziyyəti orta ağırdır.

Şiroka Balkinın atəşə tutulması nəticəsində 50 yaşlı kişi də yaralanıb. O, xəstəxanaya aparılıb.

Stepanovkada ölənlərin olduğu bildirilir. Prokudin əlavə edib ki, məlumat dəqiqləşdirilir.

Hərbi administrasiya rəhbərinin sözlərinə görə, Çernobaevkada dörd nəfər yaralanıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

QAZİLER.AZ

 

Diaspora