Stavropolda baş verən partlayışdan sonra 7 nəfər xəstəxanaya yerləşdirilib və onlara lazımi tibbi yardım göstərilir.
Qaziler.az bildirir ki, bu barədə dekabrın 26-da şəhər meri İvan Ulyançenko məlumat verib.
O bildirib ki, ikimərtəbəli binanın birinci mərtəbəsində qaz balonları partlayıb və nəticədə 150 kvadratmetr sahədə yanğın baş verib.Ulyançenkonun sözlərinə görə, binanın şüşələri sınıb və dam örtüyü zədələnib. Təcili yardım xidmətləri hadisə yerindədir.
“Hazırda yanğın söndürülüb və binaya baxış keçirilir. Vəziyyəti şəxsi nəzarətimdə saxlayıram”, - o, Telegram kanalında yazıb.
QAZİLER.AZ